loading
Son Xəbərlər
11.05.2015

Xəzər adaları" kuboka sahib çıxdı

Bu gün futzal üzrə Azərbaycan çempionatında mövsümün son turu keçirilib. Öncə "Neftçi" və "Araz" klubları üz-üzə gəlib. Paytaxt klubu rəqibini 4:2 hesabı ilə məğlub edib. Daha öncədən çempionluğunu təmin etmiş "Xəzər adaları" isə "Qarabağ veteranları"nı 12:1 hesabıyla məğlub edib. Qarşılaşmadan sonra qaliblərin mükafatlandırılması mərasimi təşkil olunub. Mərasimdə futzal federasiyasının prezidenti Zaur Axundov, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, veteran futbolçu Asim Xudiyev və "Xəzər adaları"nın sahibi Hacı İbrahim Nehrəmli iştirak edib. Mövsümün ən yaxşı məşqçisi "Xəzər adaları"nın çalışdırıcısı Elnur Qəmbərov, ən yaxşı qapıçısı "Fənər"in üzvü Emin Kürdov olub. Mövsümün bombardiri kimi "Xəzər adaları"nın futzalçısı Sezar mükafata layiq görülüb.

Ətraflı
06.05.2015

“Avesta Concern”nin prezidenti Hacı İbrahim Nehrəmli Mərakeş Krallığına işgüzar səfəri edib.

“Avesta Concern”nin prezidenti Hacı İbrahim Nehrəmli Mərakeş Krallığına işgüzar səfəri edib. Səfər çərçivəsində o, Mərakeşin maliyyə, iqtisadiyyat və vergi naziri Mohamed Boussaidi, bu ölkənin paytaxtı olan Kasablankanın inkisafi uzrə təşkilatın direktoru Mohamed Aouzali, Kasablankanın meri Xalid Safir, Mərakeşin Bas prokuroru Mostafa Maddah, bir qrup iş adamı ilə görüşlər keçirib.

Ətraflı
27.04.2015

Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Haminin "Khazar İslands"da olub.

“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli diplomata şirkət və layihə haqqında geniş məlumat verib. Səfir şəhər-kompleksin inşaası istiqamətində bu qədər işin həyata keçirildiyini təsəvvür etmədiyini, gördüklərinin onda dərin təəssürat yaratdığını qeyd edib. Belə böyük layihəyə imza atdığı üçün Hacı İbrahim Nehrəmlini təbrik edən səfir Həsən Hami “Khazar İslands” ın Azərbaycanın iqtisadi inkişafının göstəricisi olduğunu qeyd edib. Bu layihənin Azərbaycanın iqtisadi inkişafına bundan sonra yeni tövhələr verəcəyini qeyd edən səfir xüsusilə də turizmin inkişafına güclü təkan ola biləcəyini vurğulayıb. Hacı İbrahim Nehrəmli səfirə Mərakeşə edəcəyi səfər haqqında məlumat verib, orada rəsmi şəxslər və iş adamları ilə çoxsaylı görüşlərin nəzərdə tutulduğunu deyib.

Ətraflı
27.04.2015

Hacı İbrahim Nehrəmli aparıcı KİV rəhbərləri ilə görüşüb.

Hacı İbrahim Nehrəmli aparıcı KİV rəhbərləri ilə görüşüb. “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli “Khazar İslands”da Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri ilə görüşüb. Görüşdə Hacı İbrahim Nehrəmli bildirib ki, “Xəzər adaları” ümumilikdə 78 süni adadan ibarət olacaq ki, hal-hazırda onlardan beşi yaradılıb, birində binalar inşa olunur.

Ətraflı
27.04.2015

Çin şirkətləri “Khazar İslands”a 12,5 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

Çin şirkətləri “Khazar İslands”a 12,5 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Caspian Global sirkətinin səhmdarlarından olan hər iki şərkət kiçik tranşlarla bütövlükdə 12.5 milyard dollar sərmayə qoya biləcəklərini qeyd ediblər. Artıq bununla bağlı ilkin razılıq əldə olunub və tərəflər əməkdaşlığın rəsmiləşdirilməsi ilə bağlı qərar qəbul ediblər. China ZK İnvestment Group və TSG Global şirkətlərinin “Khazar İslands” layihəsində qoşulması ilə bağlı son rəsmiləşdirmə işlərinin yaxın zamanlarda başa çatacağı gözlənilir.

Ətraflı