loading
Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Haminin "Khazar İslands"da olub.

Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Haminin "Khazar İslands"da olub.

“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli diplomata şirkət və layihə haqqında geniş məlumat verib. Səfir şəhər-kompleksin inşaası istiqamətində bu qədər işin həyata keçirildiyini təsəvvür etmədiyini, gördüklərinin onda dərin təəssürat yaratdığını qeyd edib. Belə böyük layihəyə imza atdığı üçün Hacı İbrahim Nehrəmlini təbrik edən səfir Həsən Hami “Khazar İslands” ın Azərbaycanın iqtisadi inkişafının göstəricisi olduğunu qeyd edib. Bu layihənin Azərbaycanın iqtisadi inkişafına bundan sonra yeni tövhələr verəcəyini qeyd edən səfir xüsusilə də turizmin inkişafına güclü təkan ola biləcəyini vurğulayıb.

Hacı İbrahim Nehrəmli səfirə Mərakeşə edəcəyi səfər haqqında məlumat verib, orada rəsmi şəxslər və iş adamları ilə çoxsaylı görüşlərin nəzərdə tutulduğunu deyib.

Şəkillər