loading
Xəzər adaları" kuboka sahib çıxdı

Xəzər adaları" kuboka sahib çıxdı

https://youtu.be/yrlNK1LIwds

Bu gün futzal üzrə Azərbaycan çempionatında mövsümün son turu keçirilib. Öncə "Neftçi" və "Araz" klubları üz-üzə gəlib. Paytaxt klubu rəqibini 4:2 hesabı ilə məğlub edib.
Daha öncədən çempionluğunu təmin etmiş "Xəzər adaları" isə "Qarabağ veteranları"nı 12:1 hesabıyla məğlub edib. Qarşılaşmadan sonra qaliblərin mükafatlandırılması mərasimi təşkil olunub.
Mərasimdə futzal federasiyasının prezidenti Zaur Axundov, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, veteran futbolçu Asim Xudiyev və "Xəzər adaları"nın sahibi Hacı İbrahim Nehrəmli iştirak edib.  
Mövsümün ən yaxşı məşqçisi "Xəzər adaları"nın çalışdırıcısı Elnur Qəmbərov, ən yaxşı qapıçısı "Fənər"in üzvü Emin Kürdov olub. Mövsümün bombardiri kimi "Xəzər adaları"nın futzalçısı Sezar mükafata layiq görülüb.

Şəkillər