loading
Haqqımızda

Haqqımızda

Haqqımızda

 

1958-ci ilin mayın 28-də Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olan İbrahim İbrahimov Orta təhsilini elə burada alandan sonra Naxçıvan Ibrahim İbrahimov 1991-ci ildə “İlkan” Məhdud Məsuliyyətli cəmiyyətini təsis edərək azad, sərbəst fəaliyyət sahələri ilə məşgul olmağa başlayır.”İlkan ”MMC –nin prezidenti kimi qısa müddət ərzində işgüzar sahibkarlıq fəaliyyəti ilə cəmiyyətdə böyük uğur qazanan Hacı İbrahim İbrahimov  Naxçıvan MR-nin ictimai-siyasi həyatında yaxından iştirak edir.

Hacı İbrahim(Nehrəmli) keçid dövrünün çətinliklərinə məharətlə üstün gələrək geniş sahibkarlıq fəaliyyətinə başlayır. Hacı İbrahim (Nehrəmli) təkcə Naxçıvan Muxtar Respublikasında deyil, Azərbaycanın başqa regionlarında da xeyirxah əməlləri ilə böyük izlər buraxıb. Öz biliyi, bacarığı, çevik siyasəti ilə cəmiyyətdə sayılıb seçilən Hacı İbrahim (Nehrəmli)1995-2000-ci illərdə Naxçıvan MR Ali məclisinin deputatı seçilmiş, parlamentdə məqsədyönlü fəaliyyət göstərmişdir.1996-ci ildə Hacı İbrahim bütün firmaları birləşdirərək “Avesta” Konsernini təsis edir və Bakı şəhərində ona rəhbərlik etməyə başlayır.

Yaradıcı və xeyirhaq əməllərinə görə yazıçı Fərman Eyvazlı və Teymur Bünyadov “Hacı İbrahim Nehrəmli ” adlı 110 səhifəli povest yazmış, Abbas Seyidovun “İnsanlıq zirvəsində” və akademik Budaq Budaqovun ”Nehrəm və nehrəmlilər” kitabında onun həyatı və sahibkarliq fəaliyyəti ilə bağlı işləri geniş tərənnüm olunmuşdur.